MƏDƏNİYYƏT


“Azərkitab” Kitab Yayımı Mərkəzi Beynəlxalq müsabiqənin qalibi olub

Bakı, 13 sentyabr, AZƏRTAC

Ötən il ölkədaxili və beynəlxalq kitab mübadiləsini yüksək səviyyədə təşkil etdiyinə görə, “Azərkitab” Kitab Təbliği Mərkəzi Müstəqil Dövlətlər Birliyinin( MDB) İcraiyyə Komitəsinin qərarı ilə birinci yerə layiq görülüb.

Kitab Təbliği Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ikinci və üçüncü yerlərə “Bukvoyed” Peterburq Kitab şəbəkəsi (Sankt-Peterburq), “Biblio-qlobus” (Moskva) və “Belkniqa”Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi kitab mağazası (Minsk) sahib olub. Həmçinin bir neçə gün əvvəl Moskvada keçirilən XXI Beynəlxalq Kitab Sərgi- Yarmarkasında müsabiqənin qaliblərinə MDB-nin İcraiyyə Komitəsinin fəxri fərmanları da təqdim edilib.

Qeyd edək ki, MDB dövlətlərinin kitab yayımı ilə məşğul olan müəssisələrin əməkdaşlığının gücləndirilməsi, kitabyayımı mədəniyyətinin yüksəldilməsi və MDB dövlətləri arasında mədəni dəyərlərin mübadiləsinin genişləndirilməsi məqsədilə hər il beynəlxalq müsabiqə keçirilir. Müsabiqənin təsisçisi MDB-nin Dövri mətbuat, kitab nəşri, kitabyayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası şurasıdır. Müsabiqəni Müstəqil Dövlətlərin Kitabyayımı Assosiasiyası təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.