İQTİSADİYYAT
“Azərkosmos” 42,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib

Bakı, 30 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 42,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizidir. 2021-ci ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 31 ölkəsinə 3,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. İxracda beş əsas ölkə ABŞ (10,4 milyon dollar), Fransa (10 milyon dollar), Birləşmiş Krallıq (8,2 milyon dollar), Malayziya (6,9 milyon dollar) və BƏƏ-dir (1,7 milyon dollar).