CƏMİYYƏT


“Azərkosmos“ ASC-də qanvermə aksiyası keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də “Azərkosmos” ASC-də B.Eyvazov adına Elmi Tədqiqat və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə “Qan ver, həyat bəxş et!” şüarı altında qanvermə aksiyası keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, şirkətin korporativ sosial məsuliyyət proqramı çərçivəsində keçirilən aksiya ulu öndər Heydər Əliyevin anım gününə həsr olunub. Aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilib. Könüllülük prinsipi əsasında keçirilən aksiyada “Azərkosmos”un əməkdaşları ilə bərabər “Azərpoçt” MMC-nin əməkdaşları da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.