İQTİSADİYYAT
“Azərkosmos” ASC-nin maliyyə hesabatları üzrə aparılan auditin nəticələri açıqlanıb
AZƏRTAC xəbər verir ki, auditin yekununa əsasən “Azərkosmos” ASC hesabatlılıq prinsipinə əsasən fəaliyyət göstərir və maliyyə göstəricilərini şəffaf şəkildə maraqlı tərəflər qarşısında açıqlayır. Peyk operatoru maliyyə hesabatlarını Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası (“MUBSŞ”) tərəfindən tərtib olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) əsasında hazırlayır. Bu,“Ernst&Young” şirkətinin Azərbaycan ofisi tərəfindən “Azərkosmos” ASC-də keçirilmiş ikinci audit yoxlamasıdır.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” ASC tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]