İQTİSADİYYAT


“Azərkosmos” Afrika qitəsində peyk xidmətləri təklif edən “Intersat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı, 18 sentyabr, AZƏRTAC

“Azərkosmos” ASC sentyabrın 12-16-da Amsterdamda keçirilən “IBC 2019” beynəlxalq sərgi-konfransı çərçivəsində Afrika regionunda peyk üzərindən internet həlləri təklif edən “Intersat” şirkəti ilə müqavilə imzalayıb.

ASC-dən AƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, “Azərkosmos” “Azerspace-2” peyki vasitəsilə bütün Afrika qitəsində etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər Data xidmətləri təqdim edəcək. Bununla da “Azerspace-2” peyki Afrikanın ucqar bölgələrində rəqəmsal informasiyaya çıxışla bağlı problemin aradan qaldırılmasına öz töhfəsini verəcək.

Hazırda Azərbaycanın telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” Afrika qitəsinin 2/3 hissəsinə internet xidməti göstərir. Afrika “Azərkosmos”un biznesinin əsas coğrafiyasıdır və şirkət bu regionun aparıcı telekommunikasiya şirkətləri ilə əməkdaşlıqlar qurur.

“Azərkosmos”la əməkdaşlığımız bizə imkan verəcək ki, Afrikadakı müştərilərimizi keyfiyyətli genişzolaqlı rabitə ilə təmin edək”, - deyə “Intersat” şirkətinin direktoru Hanif Kassam qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.