İQTİSADİYYAT


“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib

Bakı, 20 aprel, AZƏRTAC

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanda peyk üzərindən yüksəkkeyfiyyətli və etibarlı internet təmin etmək məqsədilə “Azconnexus” peyk interneti platformasını istifadəyə verib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azconnexus” platforması “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə fasiləsiz, təhlükəsiz və yüksəkkeyfiyyətli internet xidməti təqdim edir. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növlərindən yararlanmağa imkan verəcək.

“Azconnexus” kabel internetinin, mobil rabitənin zəif və ya mövcud olmadığı, 3G / LTE şəbəkəsinin sürətinin aşağı olduğu ərazilərdə yerləşən müəssisələri sürətli internet ilə təmin edəcək. “Azconnexus” platformasının xidmətlərindən hökumət, müdafiə və təhlükəsizlik sahəsi, fövqəladə və təbii hadisələrin aradan qaldırılması zamanı, mədənçilik, dənizçilik, turizm, iaşə obyektləri və digər biznes və sənaye müəssisələrinin iş prosesində istifadə oluna bilər. “Azconnexus”un peyk interneti dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatan olacaq.

“Azconnexus” haqqında daha ətraflı “azercosmos.az” saytından tanış ola bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.