ELM VƏ TƏHSİL


“Azərkosmos” Bakı Ali Neft Məktəbində seminar keçirib

Bakı, 12 fevral, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən “Məsafədən müşahidənin əsasları” mövzusunda seminar keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımov Ali Neft Məktəbinin “Azərkosmos” ASC ilə uğurlu əməkdaşlığından danışıb. Bildirib ki, BANM-in tələbələrinin “İnterstellar” komandası “Azərkosmos” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “CanSat Azərbaycan 2018” müsabiqəsində ikinci yeri qazanıblar. “Ali məktəbin tələbələri “Azərkosmos”un təşkil etdiyi layihələrdə bundan sonra da böyük həvəslə iştirak edəcəklər”, - deyə rektor bildirib.

Seminarda ali məktəbin tələbələrinə “Azərkosmos” ASC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Tərlan Məmmədzadə, mərkəzdə mühəndis-proqramçı Cavid Xəlilov, təsvirlərin emalı qrupunun məsafədən zondlama üzrə aparıcı mütəxəssisləri Elman Ələskərov və İsmət Baxışov təqdimat ediblər. Əvvəlcə tələbələrə “Azərkosmos” ASC-nin fəaliyyəti və tələbələr üçün təşkil edilən layihələr haqqında məlumat verilib. Daha sonra “Məsafədən müşahidənin əsasları” mövzusunda seminarda peyklər və məlumatların əldə olunması, elektromaqnit enerjisi, məkan və spektral məlumatlar, təsvirlər, süni intellekt haqqında təqdimat edilib.

Seminardan sonra “Azərkosmos”un nümayəndələrinə BANM-in kampusu ilə yaxından tanış olmaq üçün tur təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.