İQTİSADİYYAT


Azərkosmos: Qarabağda 889 yaşayış məskəninin müharibədən əvvəlki vəziyyətinin sənədləşdirilməsi üzrə materiallar hazırlanıb

Bakı, 24 may, AZƏRTAC

Azad edilmiş torpaqlarda bərpa işlərinin ən yüksək səviyyədə təşkil olunması, qarşıya qoyulmuş hədəflərin əldə olunması prosesində “Azərsky” peyki vasitəsilə əldə edilən təsvirlər öz töhfəsini verməkdə davam edir.

AZƏRTAC Azərkosmosun yaydığı hesabata əsasən xəbər verir ki, ötən il peyk təsvirlərinin istifadəsi ilə 27-si Qarabağ və Şərqi Zəngəzur üzrə olmaqla ümumilikdə 75-dən çox layihə həyata keçirilib.

İşğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi çərçivəsində azad olunmuş inzibati ərazi vahidləri üzrə 889 yaşayış məskəninin peyk təsvirləri əsasında müharibədən əvvəlki vəziyyətinin sənədləşdirilməsi üzrə sxematik materiallar hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.