İQTİSADİYYAT


“Azərkosmos” beş ayda 29 ölkəyə 19,4 milyon dollarlıq xidmət ixrac edib

“Azərkosmos” beş ayda 29 ölkəyə 19,4 milyon dollarlıq xidmət ixrac edib

Bakı, 1 iyul, AZƏRTAC

Cari ilin yanvar-may aylarında “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 29 ölkəyə 19,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayına istinadla xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

May ayında isə ASC 22 ölkəyə 2,5 milyon dollar dəyərində xidmət ixrac edib.

“Azərkosmos”un cari ilin ilk 5 ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ (5,1 milyon dollar), Birləşmiş Krallıq (4,1 milyon dollar), Fransa (3,8 milyon dollar), Malayziya (3,6 milyon dollar) və Birləşmiş Ərəb Əmirlikləri (727 min dollar) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.