İQTİSADİYYAT


“Azərkosmos” iki ayda 23 ölkəyə 8,5 milyon dollarlıq xidmət ixrac edib

“Azərkosmos” iki ayda 23 ölkəyə 8,5 milyon dollarlıq xidmət ixrac edib

Bakı, 31 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 23 ölkəyə 8,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayına istinadla xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

ASC-nin cari ilin ilk 2 ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.