İQTİSADİYYAT


“Azərkosmos” optik peyk xidmətləri ixracını 16 faiz artırıb

Bakı, 30 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən 27 ölkəyə 21,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artım deməkdir.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

Cari ilin iyun ayında isə “Azərkosmos” ASC 20 ölkəyə 2,4 milyon dollar dəyərində xidmət ixrac edib. ASC-nin yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.