İQTİSADİYYAT


“Azərkosmos” qlobal peyk operatoru “Intelsat” şirkəti ilə kommersiya müqaviləsi imzalayıb

“Azərkosmos” qlobal peyk operatoru “Intelsat” şirkəti ilə kommersiya müqaviləsi imzalayıb

Bakı, 23 may, AZƏRTAC

“Azərkosmos” və qlobal peyk operatoru “Intelsat” şirkəti arasında Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi imzalanıb.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən “Intelsat” şirkəti 17 ölkəsi və 430 milyondan çox əhalisi olan Qərbi Afrika regionunda “Azerspace-2” peykinin resurslarından istifadə etməklə müştərilərinə mobil şəbəkələrdə nəqletmə xidmətləri təqdim edəcək.

Belə ki, “Azerspace-2” peykinin imkanlarından istifadə edərək “Intelsat” şirkəti Afrika regionunda xidmət coğrafiyasını daha da genişləndirəcək. “Azerspace-2” peykinin əhatə dairəsi Afrikanın əlçatmaz ərazilərində belə mobil şəbəkə və telekommunikasiya xidmətləri üçün olduqca əlverişlidir.

“Azərkosmos”un sədr müavini Fuad Aslanov bildirib ki, peyk xidmətləri bazarında qlobal partnyorumuz olan “Intelsat” şirkəti ilə əməkdaşlığımız Afrikada mobil və data xidmətlər üzrə həyata keçirdiyimiz kommersiya layihələrində bizə geniş imkanlar açacaq.

“Intelsat”ın Biznesin inkişafı və şəbəkə tərəfdaşlıqları üzrə vitse-prezidenti Adam Troy qeyd edib ki, “Azərkosmos” Afrika regionunda yüksəkkeyfiyyətli peyk xidmətləri təmin edən “Intelsat”ın mühüm və üstünlük verilən tərəfdaşı olmaqda davam edir. “Biz “Azərkosmos” ilə “Azerspace-2” peykinin orbitə buraxıldığı ildən, 2018-ci ildən bəri əməkdaşlıq edirik. Afrikadakı müştərilərimizin ehtiyaclarına uyğun xidmət vermək üçün “Azərkosmos”a etibar edirik”, – deyə A.Troy bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.