İQTİSADİYYAT


“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edir

Bakı, 20 fevral, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcək” mövzusunda rəsm müsabiqəsi elan edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün çəkilmiş rəsmi poçt ünvanı, iştirakçının soyadı, adı, yaşı, “Gələcək” rəsm müsabiqəsi” qeyd edilməklə poçt vasitəsilə müsabiqənin təşkilat komitəsinə (Ünvan: Bakı şəhəri, Droqal döngəsi, 702. “Azərmarka” MMC) göndərmək lazımdır. Bundan başqa, iştirakçının şəxsi məlumatları və valideynin mobil telefon nömrəsi rəsmin yalnız arxasında qeyd olunmaldır. Əks halda, həmin işlər müsabiqəyə buraxılmayacaq.

Rəsmlər 1 mart–10 aprel tarixlərində qəbul ediləcək. Müsabiqədə 13 yaşına qədər uşaqlar iştirak edə bilər.

Birinci yerin sahibi 300, ikinci yerin sahibi 200, üçüncü yerin sahibi 100 AZN məbləğində pul mükafatı ilə mükafatlandırılacaq. Qaliblərin rəsmlərindən poçt markaları hazırlanaraq, dövriyyəyə buraxılacaq.

Müsabiqə barədə əlavə məlumat üçün (012) 598 49 01 saylı telefon nömrəsi və [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.