İQTİSADİYYAT


“Azərmarka” və Azərbaycan Memarlar İttifaqı markalı kitab layihəsinə başlayıb

Bakı, 12 fevral, AZƏRTAC

“Azərmarka” MMC və Azərbaycan Memarlar İttifaqı markalı kitab layihəsinə başlayıb.

MMC-dən AZƏRTAC-a bildirilib ki, 44 səhifəlik bu kitabda XX əsrin ikinci yarısında yaşayıb-yaratmış Azərbaycan memarlarından bəhs olunur. Kitaba hər biri 4 markadan ibarət üç blok daxil edilib. Kitabın ölçüləri 177x200 millimetr, blokların ölçüləri 75x90 millimetr, markaların ölçüləri isə 26x37 millimetrdir.

Bloklara daxil olan markalar bunlardır: Əməkdar memarlar İlham Əliyev, Pərviz Hüseynov, Hacımurad Şuqayev, Avrora Salamova, Fira Rüstəmbəyova, Abram Surkin; mühəndis-memar Sənan Sultanov; professor Əbdülvahab Salamzadə; memarlar Vadim Şulqin, Davud Axundov, Tələt Dadaşov və Boris Revazov.

Tiraj hər blokdan 5 min ədəd olmaqla 15 min ədəd təşkil edib. Poçt markalı kitab “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Layihə “Bobruisk Integrated Printing House” çap evində işiq üzü görüb.

Buraxılışa əlavə olaraq “Birinci gün zərfləri” hazırlanıb. Hər poçt blokundan 100 zərf olmaqla, ümumilikdə 300 zərf artıq satışa buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.