İQTİSADİYYAT
“Azərmaş” ASC-nin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, bu sahədə yaradılan şərait ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla və onun tərəqqisi ilə əlaqələndirən Ümummilli Lider yerli iş adamlarının fəaliyyətinə böyük önəm verir, onlar üçün əlverişli mühitin yaradılmasına çalışırdı.
Dekabrın 12-si dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günüdür. AZƏRTAC xəbər verir ki, ölkədə sahibkarlıq mühitinin, xüsusilə regionların və daxili istehsalın inkişafı istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində yaranmış “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.