İQTİSADİYYAT


“Azərpoçt” MMC “Əsgərə məktub” aksiyası keçirib YENİLƏNİB

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin “Azərpoçt” MMC vasitəsilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdir.

“Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!” şüarı ilə iyunun 23-də start verilən aksiyanın birinci mərhələsi “Park Bulvar” ticarət mərkəzində keçirilir və iyunun 24-də orada davam edəcək. “Park Bulvar”da “Azərpoçt” MMC-nin xüsusi guşəsi fəaliyyət göstərir.

Əsgər valideynləri sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazmaq imkanı əldə etməklə yanaşı, ödənişsiz bağlama da göndərə bilirlər.

Aksiyada iştirak edənlər bu xoşməramlı tədbirə görə “Azərpoçt” MMC-nin rəhbərliyinə öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, aksiyanın ikinci mərhələsinin iyunun 25-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.