İQTİSADİYYAT


“Azərpoçt” MMC Dövlət Bayrağı Günü vətəndaşların xidmətində olacaq

Bakı, 7 noyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin poçt şöbələrində 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcək.

MMC-dən AZƏRTAC-a bildirilib ki, noyabrın 9-da Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri, eləcə də regionlardakı müştəri xidmətləri şöbələri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən “Şəbəkə” xidmət mərkəzləri 09:00-dan 17:00-dək, paytaxtın Üzeyir Hacıbəyli-72 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi isə 09:00-dan 18:00-dək vətəndaşların xidmətində olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.