İQTİSADİYYAT
“Azərpoçt” MMC bank nominasiyasının qalibi olub
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC “Mastercard” debet layihəsini uğurla tamamlayan bank nominasiyasının qalibi elan edilib. Bu münasibətlə “Azərpoçt” MMC xüsusi sertifikata layiq görülüb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, 2012-ci ildən “Mastercard”a qoşulan “Azərpoçt” müxtəlif illərdə bu beynəlxalq ödəniş sisteminin bir neçə nominasiyasının qalibi olub.
Debet layihəsinin tətbiqi dövründə əsas hədəf müştərilərə yeni məhsulu düzgün təqdim etmək və həmin məhsulun bazarda kart istifadəçilərinə verdiyi imkanlardan yararlanmaq olub.
“Azərpoçt” MMC bu günə qədər 120 mindən artıq kart emissiya edib. Hazırda MMC-nin 61 ATM-i (bankomatı) fəaliyyət göstərir.