İQTİSADİYYAT


“Azərpoçt” MMC bayram günlərində də fəaliyyət göstərəcək

Bakı, 19 mart, AZƏRTAC 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC martın 20-dən 26-dək bayram və istirahət günləri olması ilə əlaqədar tabeliyində olan poçt şöbələrində növbəli iş rejimi təşkil edib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, həmçinin Bakı şəhəri Səbayıl rayonu, Üzeyir Hacıbəyli 36-da yerləşən 1 saylı “Şəbəkə“ xidmət mərkəzi saat 9:00-dan 18:00-dək, respublika üzrə fəaliyyət göstərən digər 8 “Şəbəkə” xidmət mərkəzləri isə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Həmin mərkəzlərə Bakı şəhərində yerləşən Xəzər rayonu, Sergey Yesenin 102, Yasamal rayonu, Hüseyn Cavid prospekti 19 və A.M.Şərifzadə 274, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 109, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi, Bakı-Sumqayıt şosesi 3, həmçinin Cəlilabad şəhəri H.Əliyev prospekti 270, Zaqatala şəhəri H.Əliyev prospekti 36 və Sumqayıt şəhəri 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında yerləşən digər “Şəbəkə”lər daxildir

Bayram günlərində bütün Regional Poçt Filialları, Poçt Filialları və müəssisələrdə məsul növbətçilər xidmət göstərəcək. Əhaliyə bütün növ poçt xidmətlərinin göstərilməsi, xüsusilə də bayram təbriklərinin, əsgər göndərişlərinin, pul baratlarının ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

İstirahət günlərində yığılmış vəsaitlərin təhlükəsizliyinin təmin olunması və aidiyyəti üzrə təhvil verilməsi məqsədilə zəruri tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.