İQTİSADİYYAT
“Azərpoçt” MMC mükafatlandırılıb
Bakı, 13 dekabr, AZƏRTAC
“MasterCard” beynəlxalq ödəniş sisteminin təşəbbüsü ilə “Nağdsız Azərbaycana doğru” devizi ilə “MasterCard günü” keçirilib. Azərbaycanın milli poçt operatoru “Azərpoçt” “Debit MasterCard” məhsulu üzrə inkişaf dinamikasına görə ikinci yerə sahib olub və müvafiq sertikatla təltif edilib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə “MasterCard”ın Azərbaycan və Türkiyə nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən banklar, kart xidmət mərkəzləri, o cümlədən “Azərpoçt” MMC təmsil olunub.
Qeyd edək ki, 2012-ci ildən “MasterCard”a qoşulan “Azərpoçt” müxtəlif illərdə bu beynəlxalq ödəniş sisteminin bir neçə nominasiyasının qalibi olub. Debit layihəsinin tətbiqi dövründə əsas hədəf müştərilərə yeni məhsulu düzgün təqdim etmək və həmin məhsulun bazarda kart istifadəçilərinə verdiyi imkanlardan yararlanmaq olub. “Azərpoçt” MMC bu günə qədər 260 mindən çox kart emissiya edib. Hazırda “Azərpoçt”un 65 ATM-i fəaliyyət göstərir.