İQTİSADİYYAT


“Azərpoçt” Sədərək Ticarət Mərkəzindən alınan məhsulları birbaşa ünvana çatdıracaq

Bakı, 21 oktyabr, AZƏRTAC

“Azərpoçt” MMC poçt xidmətləri ilə bağlı yeni layihəyə başlayıb.

MMC-dən AZƏRTAC-a bildirilib ki, Sədərək Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə sürətli çatdırılması həyata keçirilir. Bakıda göndərişlərin çatdırılması gün ərzində, bölgələrə isə 24 saat müddətində təmin olunur.

Ölkədaxili ən sürətli və ən sərfəli poçt xidmətlərini təqdim edən “Azərpoçt” yeni xidmət sayəsində vətəndaşların rahatlığını təmin edərək qeyd edilən ticarət mərkəzindən alınan məhsulları (qida və tez xarab olan mallar istisna olmaqla) birbaşa ünvana çatdırır.

Xidmət onlayn (vətəndaşların internet vasitəsilə dükanlardan aldığı məhsullar) sifarişlərə də şamil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.