İQTİSADİYYAT
“Azərpoçt” beynəlxalq sertifikata layiq görülüb
Bakı, 8 aprel, AZƏRTAC
"Azərpoçt" MMC beynəlxalq sertifikata layiq görülüb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, İsveçrənin paytaxtı Berndə Ümümdünya Poçt İttifaqına daxil olan 192 ölkənin nümayəndələrinin iştirakı ilə 2018-ci ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimi keçirilib. Azərbaycan poçtu göstərdiyi xidmətlərin keyfiyyətinə görə gümüş səviyyəli sertifikata layiq görülüb. Mükafatı Ümumdünya Poçt İttifaqının baş direktoru Bişar Hussein və “EMS” korporasiyasının idarə heyətinin sədri Patrik Rişon təqdim edib.
Qeyd edək ki, keyfiyyət sertifikatları 6 meyar üzrə verilir. Fəaliyyətləri 92-96 faiz aralığında qiymətləndirilən təşkilatlar gümüş səviyyəli sertifikatlara layiq görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]