İQTİSADİYYAT


“Azərpoçt” maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sisteminə qoşulub

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə “Azərpoçt” MMC də qoşulub.

AMB-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinə və 2018-ci il 28 sentyabr tarixli Sərəncamla təsdiqlənmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın “Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması” prioritetinə uyğun olaraq hazırlanmış Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə maliyyə xidmətləri göstərilən qurumların qoşulması işləri davam etdirilir. Artıq əhali üçün bir sıra maliyyə xidmətləri təqdim edən “Azərpoçt” MMC də sözügedən məlumat–axtarış sisteminə qoşulub. Belə ki, bu sistemin (“infobank.az”) tərkibində “Filial və şöbələr”, “Bankomatlar”, “Ödəniş terminalları”, “Ödəniş kartları” bölmələrində “Azərpoçt” MMC-nin müvafiq məlumatları yer alıb.

Əhalinin maliyyə xidmətlərinə rəqəmsal çıxış imkanlarını asanlaşdıran və bu xidmətlərdən istifadəni stimullaşdıraraq maliyyə inklüzivliyini təmin edən “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə müxtəlif çeşidli maliyyə, o cümlədən bank, sığorta məhsul və xidmətləri təklif edən təşkilatların qoşulması işləri gələcəkdə də davam etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.