İQTİSADİYYAT


“Azərpoçt” növbəti beynəlxalq səviyyəli sertifikata layiq görülüb

Bakı, 14 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin “Azərekspresspoçt” Rabitə Müəssisəsi müştərilərə texniki dəstək xidməti üzrə EMS beynəlxalq mükafatının qalibi olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müəssisə Ümumdünya Poçt İttifaqı tərəfindən sertifikata layiq görülüb. 2019-cu ilin nəticələri üzrə qaliblər EMS Kooperativinin idarə heyəti tərəfindən seçilib.

“Azərpoçt” MMC-nin “Azərekspresspoçt” Rabitə Müəssisəsi EMS kooperativinin üzvü olan ölkələrdən daxil olan sorğuları operativ və dəqiq cavablandırdığı, eləcə də dünya miqyaslı tərəfdaşlarına ən yüksək səviyyəli xidmət göstərmək öhdəliyini nümayiş etdirdiyinə görə mükafata layiq görülüb.

Əldə olunan nailiyyət bir daha sübut edir ki, “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının EMS şəbəkəsi çərçivəsində xüsusi operatorlardan ibarət qrupun bir hissəsinə çevrilməyi bacarıb.

Mükafat EMS Kooperativin növbəti Baş Assambleyası zamanı keçiriləcək xüsusi mərasim zamanı təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.