İQTİSADİYYAT


“Azərpoçt” telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar olaraq əməkdaşlarını mükafatlandırıb

Bakı, 6 dekabr, AZƏRTAC

“Azərpoçt” MMC-də Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar 40 ildən çox çalışmış əməkdaşlarla görüş keçirilib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda rabitə sahəsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə xüsusilə inkişaf etdiyini qeyd edən “Azərpoçt”un baş direktoru Əfqan Cəlilov, Ulu Öndərin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində böyük uğurlar qazanıldığını, ölkəmizin informasiya kommunikasiya texnologiyaları sektoru o cümlədən poçt sahəsində nailiyyətlər əldə olunduğunu əlavə edib.

“2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə bütün digər sahələrdə olduğu kimi, rabitə sahəsində də böyük inkişafa nail olunub. Dövlətimizin başçısı tərəfindən bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq qərarlar verilib. İşlər bu gün də geniş miqyasda davam etdirilir”, - deyə baş direktor vurğulayıb.

Qurum rəhbəri uzun müddət, fasiləsiz xidmət göstərən rabitəçiləri bayram münasibətilə təbrik edərək onlara uzun və sağlam ömür arzulayıb.

Veteran rabitəçilər çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda Azərbaycan telefon rabitəsinin 140 illik yubileyi münasibətilə və sahənin inkişafında uzunmüddətli, səmərəli fəaliyyətlərinə görə 40 ildən çox çalışmış əməkdaşlar – Lətifə Məmmədova, Elmira Qəniyeva, Təliqə Kazımova, Leyla Əhmədova, Həcər İsababayeva və Məryəm Məmmədova mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.