CƏMİYYƏT


“Azərpoçt” və “Azərkosmos” birgə qanvermə aksiyası keçirib

Bakı, 20 may, AZƏRTAC

“Azərpoçt” və “Azərkosmos”un birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qanvermə aksiyası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-dən AZƏRTAC-a bildirilib ki, könüllülük prinsipi əsasında keçirilən bu xeyirxah təşəbbüsdə “Azərkosmos”un və “Azərpoçt”un xeyli sayda əməkdaşı iştirak edib.

Aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqlarının nəzarəti altında keçirilib.

Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir. Ölkəmizdə də talassemiyalı, həyatları qandan asılı olan hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin davamlı olaraq qanla təmin olunmasına ehtiyac vardır. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.