İQTİSADİYYAT


“Azərpoçt”la Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının rəhbərləri müzakirələr aparıb


“Azərpoçt”la Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının rəhbərləri müzakirələr aparıb

Bakı, 14 aprel, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin Baş direktoru Əfqan Cəlilovla Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının (PTT) rəhbəri Hakan Gülten arasında onlayn görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində ötən ilin mart ayından bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb. Bu çətin dövrdə belə “Azərpoçt” və PTT qarşılıqlı əməkdaşlığı dayandırmayıb. Əksinə, aparılan danışıqlar nəticəsində poçt mübadiləsi həyata keçirilib və işlər bu gün də uğurla davam etdirilir.

Görüşdə iki qurum arasında poçt və maliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsi və pul köçürmə sistemi üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.

“Azərpoçt” MMC və PTT rəhbərlərinin görüşündə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.