CƏMİYYƏT


“Azərpoçt”un “DOST xonçası” 82 yaşlı Sara Fərzəliyevaya təqdim olunub

Bakı, 12 mart, AZƏRTAC

“Azərpoçt” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.

MMC-dən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində “Azərpoçt”un əməkdaşları Səbail rayonunda tənha yaşayan 82 yaşlı Sara Fərzəliyevanın qonağı olub, Azərbaycanın 200 yaşı olan qədim poçtu və kollektiv adından yaşlı qadının bayramını təbrik edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi bu xeyirxah aksiyada məqsəd tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını aşılamaq, nəsillərdən nəsillərə ötürülən bu adət-ənənəmizi qoruyub saxlamaqdır. Bu aksiyaya hər qurum və ya hər kəs qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə “facebook” səhifəsində postlarını #dostxonçası “hashtag”ı altında paylaşmaları xahiş olunur.

“Azərpoçt” MMC “DOST xonçası” adlı nəcib aksiyaya qoşularaq, növbəti mərhələdə aksiyanın davam etdirilməsi üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə ötürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.