İDMAN


“Azərreyl” klubu daha bir oyunçusu ilə müqaviləni yeniləyib

Bakı, 29 iyun, AZƏRTAC

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb.

AZƏRTAC xəbər verir ki, toppaylayıcı Valeriya Kondratyeva növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Bakı klubu daha öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqavilənin müddətini uzadıb. Klub slovakiyalı Romana Hudeçova, amerikalı Braun Kazmiere, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova, və Anastasiya Bessonova ilə isə birillik müqavilə imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.