İDMAN
“Azərreyl” komandasının “Hermes Ostende” ilə oyun üçün heyəti açıqlanıb
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 28-də Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu “Challenge Cup”da ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi 1/16 final mərhələsində Belçikada yerli “Hermes Ostende” klubu ilə qarşılaşacaq.
Komandamızın oyun üçün heyəti açıqlanıb. Heyətdə Ceyran İmanova, Yana Əzimova, Bəyaz Əliyeva, Mariya Kirilyuk, Leyla Parşkova, Kseniya Pavlenko, Nərmin Musayeva, Leysan Levkina, Nelli Salbişvili, Səmra Qafarova və Nurxan Kazımova yer alıblar.
“Mister V-Arena”da keçiriləcək oyunu ispaniyalı Alexis Barrasa Fuentes və ingiltərəli Dominik Biqaylo idarə edəcəklər.
Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Komandalar arasında cavab oyunu noyabrın 29-da Belçikada keçiriləcək.