İDMAN


“Azərreyl” voleybol komandası Azərbaycan Yüksək Liqasında “Sərhədçi”yə qalib gəlib

Bakı, 29 yanvar, AZƏRTAC

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, birinci dövrənin yanvarın 28-də oynanılan növbəti matçında “Azərreyl” və “Sərhədçi” klubları qarşılaşıb. Dərnəgül Voleybol Mərkəzində təşkil olunan oyunda “Azərreyl” komandası 3:0 (25:9, 25:20, 25:17) hesabı ilə qalib gəlib. Bu, “Azərreyl”in cari mövsümdə ikinci qələbəsi olub.

Qeyd edək ki, hesabında 6 xal olan “Neftçi” və “Azərreyl” klubları turnir cədvəlində birinci-ikinci pilləni bölüşürlər. Çempionatda üçüncü yerdə “Murov” qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.