İQTİSADİYYAT


“Azərsığorta” şirkətinin beş ayda ödədiyi vəsaitlərin həcmi 10 milyon manatı ötüb

“Azərsığorta” şirkətinin beş ayda ödədiyi vəsaitlərin həcmi 10 milyon manatı ötüb

Bakı, 22 iyun, AZƏRTAC

Yüz ildən çox tarixə malik olan “Azərsığorta” Dövlət Sığorta Şirkəti cari ilin yanvar-may ayları üzrə həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.

Şirkətin mətbuat katibliyindən AZƏRTAC-a verilən məlumata görə, beş ayda şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin ümumi həcmi 10 milyon 410 min 339 manat təşkil edib. Hesabat dövründə sığorta ödənişi alan müştərilərin sayında artım müşahidə olunub. Belə ki, cari ilin yanvar ayı ərzində 1772 müştəriyə sığorta ödənişi verilmişdirsə, may ayında bu rəqəm 269 nəfər və ya 15,2 faiz artaraq 2041 nəfərə çatıb. Ümumilikdə, cari ilin yanvar-may aylarında “Azərsığorta” şirkəti tərəfindən 10 min 311 müştəriyə sığorta ödənişi verilib.

Xatırladaq ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 1921-ci il oktyabrın 21-də Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.

Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir. “Azərsığorta” sığorta yığımları və sığorta ödənişlərinin həcminə görə bazarın qabaqcıl şirkətlərindəndir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.