REGİONLAR


“Azərsu” ASC-nin rəhbərliyi Gəncə, Göygöl və Naftalanda vətəndaşları qəbul edəcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabrında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov sentyabrın 18-də Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək.

ASC-dən AZƏRTAC-a bildirilib ki, sentyabrın 19-da “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. Sentyabrın 20-də isə ASC sədrinin müavini Etibar Məmmədov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Qəbullar Gəncə şəhəri Heydər Əliyev Mərkəzində, Göygöl və Naftalan sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Gəncə, Samux, Göygöl, Daşkəsən, Naftalan, Goranboy, Kəlbəcər və Xocalı sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və “[email protected]” elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.