İQTİSADİYYAT


“Azərsu” ASC-nin sədr müavini Göygöldə vətəndaşlarla görüşəcək

Bakı, 11 may, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov mayın 17-də Göygöl rayonunda, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul saat 10:00-dan başlayaraq Göygöl rayon Sukanal Sahəsinin inzibati binasında keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək. Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Göygöl və Daşkəsən Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.