REGİONLAR


“Azərsu” ASC-nin sədr müavini Masallıda vətəndaşlarla görüşüb

Bakı, 29 sentyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov sentyabrın 28-də Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Masallı şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Masallı və Yardımlı rayonlarından 46 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.