REGİONLAR


“Azərsu” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı, 10 aprel, AZƏRTAC

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov aprelin 16-sı saat 11:00-da Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yaşayan vətəndaşların içməli su təchizatı, kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Şamaxı, Ağsu, Qobustan və İsmayıllı sukanal sahələrinə, həmçinin "Azərsu" ASC-nin 431-47-67 (daxili 1050) nömrəsi və [email protected]  elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.