İQTİSADİYYAT


“Azərsu” Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

Bakı, 10 avqust, AZƏRTAC

“Azərsu” ASC Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

ASC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və “955” Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin edilməsi, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur ki, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin “955” Zəng Mərkəzinə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.