İQTİSADİYYAT
“Azərsu” bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakı, 28 dekabr, AZƏRTAC
“Azərsu” ASC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və “955” Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.
Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək.
İstehlakçılardan xahiş olunur ki, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin “955” Zəng Mərkəzinə müraciət etsinlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]