İDMAN


“Azərsu” həndbol klubu sonuncu qələbəsi ilə çempionluğa doğru inamlı addım atıb

Bakı, 11 fevral, AZƏRTAC

Qadın həndbolçuların Azərbaycan çempionatında 13-cü turun oyunları arxada qalıb.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, turun böyük maraqla gözlənilən görüşündə çempionluğa namizədlər üz-üzə gəliblər. “Azəryol” komandası çox çalışsa da, baş mükafat uğrunda mübarizədə əsas rəqibinin qələbəsinə mane ola bilməyib. Qarşılaşma 25:21 hesabı ilə “Azərsu”nun xeyrinə nəticələnib.

Günün digər oyununda isə “İdman Akademiyası” komandası “Gənclər Birliyi” üzərində qələbə qazanıb – 37:31.

On dörd oyundan 26 xal toplayan “Azərsu” son qələbə ilə çempionluğa doğru inamlı addım atıb. Bir oyun az keçirən “Azəryol” artıq əsas rəqibindən 4 xal geri qalır. Bu tur “Olimpiya” (Tbilisi) ilə oyunu təxirə salınan “Qarabağ” 14 xalla 3-cü pillədə qərarlaşıb. Autsayder “Gənclər Birliyi”nə qalib gələn “İdman Akademiyası” isə Gürcüstan təmsilçisi ilə xalları bərabərləşdirib. Komandalar hərəyə 7 xalla 4-5-ci yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.