İDMAN
“Azərsu” həndbolçuları 14 turdan sonra turnir cədvəlinin vahid liderinə çevriliblər
Bakı, 18 mart, AZƏRTAC
Qadın həndbolçular arasında Azərbaycan çempionatında 14-cü tura yekun vurulub.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, turun mərkəzi oyununda "Azərsu" və "Azəryol" komandaları üz-üzə gəliblər. Oyun "Azərsu" komandasının 38:26 hesablı asan qələbəsi ilə yekunlaşıb. Digər matç isə "İdman Akademiyası"nın kollektivi ilə "Qarabağ" həndbolçuları arasında keçirilib. Oyunun favoriti sayılan "Qarabağ" rəqibindən üstün olub- 36:24.
Xatırladaq ki, turun ilk oyununda “Gənclər Birliyi” komandası ilə qarşılaşan "Nur" rəqibini böyük hesabla məğlub edib - 44:18.
Beləliklə, aktivindəki xalların sayını 24-ə çatdıran "Azərsu" turnir cədvəlinin vahid liderinə çevrilib. Rəqibindən 4 xal geri qalan "Azəryol" ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 17 xalla "Qarabağ" həndbolçuları tamamlayırlar. "Nur" 16 xalla dördüncü, "Gənclər Birliyi" 4 xalla beşinci, "İdman Akademiyası" isə 2 xalla sonuncudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]