İQTİSADİYYAT


“Azərsu” işğaldan azad edilmiş ərazilərdə istifadə üçün yeni nəqliyyat vasitələri alıb

Bakı, 28 yanvar, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə istismar işlərinin “Azərsu” ASC tərəfindən asanlaşdırılması və işçilərin əmək şəratinin yaxşılaşdırılması məqsədilə yeni nəqliyyat vasitələri alınaraq xidmət ərazilərinə yola salınıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində ötən müddətdə 350-dək obyekt içməli su ilə təmin edilib. Su mənbələrindən uzaq və infrastrukturun mövcud olmadığı ərazilərin su təchizatı xüsusi sudaşıyan maşınlar vasitəsilə təmin olunub. Bu məqsədlə “Azərsu”nun nəqliyyat vasitələri əraziyə cəlb edilib. Xidmət ərazisinin getdikcə genişlənməsi və içməli suya tələbatın artması, həmçinin istismar olunan qurğuların əhatə dairəsinin genişlənməsi nəzərə alınaraq yeni nəqliyyat vasitələrinin alınması zərurəti yaranıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən xidmət sahələri üçün 6 pik-up tipli avtomobil, 18 ton tutumu olan 4 ədəd sudaşıyan maşın, 3 ekskavator və qəza-bərpa xidməti üçün 1 ədəd UAZ markalı nəqliyyat vasitəsi alınıb.

Bu nəqliyyat vasitələri işğaldan azad olunmuş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında, Hadrut qəsəbəsində xidməti istifadə üçün nəzərdə tutulub.

Bundan başqa, yay aylarında su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrinə suyun çatdırılması məqsədilə əlavə maşınlar alınıb. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin parkında olan 8 ədəd 18 tonluq yeni sudaşıyan maşın regionlara göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.