REGİONLAR
“Azərsu” rəhbərliyi regionlarda vətəndaşları qəbul edəcək
Bakı, 8 noyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov noyabrın 15-də Mingəçevir şəhərində Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edəcək.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, noyabrın 18-də qurumun sədrinin birinci müavini Teyyub Cabbarov Zərdab şəhərində Zərdab və Bərdə rayonlarının sakinləri ilə görüşəcək. Noyabrın 19-da isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Kürdəmir şəhərində Kürdəmir və Ucar rayonlarının sakinlərini qəbul edəcək.
Mingəçevir və Zərdab şəhərlərində qəbullar Heydər Əliyev mərkəzlərində, Kürdəmir şəhərində isə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün Mingəçevir, Yevlax, Zərdab, Bərdə, Kürdəmir və Ucar sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.