İQTİSADİYYAT


“Azərsu” şəhid və qazi ailələrinin içməli su təchizatını yaxşılaşdırıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı şəhəri və Abşeron yarımadası, həmçinin regionlardan daxil olmuş müraciətlər əsasında şəhid ailələrinin və qazilərin su təminatının yaxşılaşdırılması ilə bağlı zəruri işlər görülüb.

“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, daxili imkanlar hesabına həyata keçirilən layihələr çərçivəsində ümumi uzunluğu 51 kilometr olan su xətləri çəkilib. Son bir ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailənin içməli su təchizatı yaxşılaşdırılıb.

Şəhid ailələri və qazilər üçün çəkilmiş su xətlərindən yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə də yeni birləşmələr verilərək su sayğacları quraşdırılıb və həmin ərazilərdə yaşayan əhali fasiləsiz içməli su ilə təmin olunub.

Ötən müddətdə kanalizasiya problemi olan şəhid və qazi ailələrinin yaşadığı fərdi yaşayış evlərinin tullantı su şəbəkələrinə qoşulması üçün də bir sıra tədbirlər həyata keçirilib. Bu məqsədlə ümumi uzunluğu 3 kilometr olan kanalizasiya xətləri inşa edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.