İQTİSADİYYAT


“Azərsu” vətəndaşların müraciətlərini operativ həll edən ən fəal dövlət müəssisəsi adını qazanıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Onlayn İctimai Nəzarət Platformasının 2021-ci ilin iyun-avqust aylarını əhatə edən hesabatında “Azərsu” ASC vətəndaşların müraciətlərini operativ şəkildə həll edən ən fəal dövlət müəssisəsi adını qazanıb.

Bu barədə AZƏRTAC-a “Azərsu” ASC-dən bildirilib.

Onlayn İctimai Nəzarət Platformasının fəaliyyətinin nəticələrinə həsr olunmuş tədbirdə layihənin icraçı tərəfdaşı “MG Consulting” şirkətinin rəhbəri Məhəmməd Quluzadə qeyd edib ki, artıq bir çox dövlət müəssisələri və yerli icra hakimiyyəti orqanları bu platforma ilə uğurlu əməkdaşlıq edir: “Vətəndaşları narahat edən kommunal, yol və infrastruktur, abadlıq və digər məsələləri aidiyyəti hökumət qurumlarına yönləndirmək və onların həllinə daha rahat nail olmaq məqsədilə yaradılmış Nəzarət Platforması ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə “MG Consulting” MMC tərəfindən icra olunan, Açıq Hökumət Milli Platforması ilə əməkdaşıq çərçivəsində həyata keçirilən bir pilot layihədir. Dünyanın 40-dan çox ölkəsi bu təcrübədən istifadə edir. İctimai Nəzarət Platforması vasitəsilə vətəndaşların ünvanladığı müraciət və şikayətlərin 60 faizi müsbət həllini tapıb. “Azərsu” üzrə isə müraciətlərin 100 faizi müsbət həll olunub”.

Tədbirdə Onlayn İctimai Nəzarət Platforması ilə uğurlu əməkdaşlıq edən 13 dövlət müəssisəsi və yerli icra hakimiyyəti orqanı mükafatlandırılıb.

Qeyd edək ki, vətəndaşlar Onlayn İctimai Nəzarət Platformasına vatsap və internet saytı (www.enezaret.az) vasitəsi ilə müraciət edə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.