İQTİSADİYYAT
“Azərsu”da İctimai Şuraya üzvlük üçün namizədlərin qeydiyyatı başa çatıb
Bakı, 4 may, AZƏRTAC
“Azərsu” ASC-nin fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyətdə yaradılacaq İctimai Şuraya üzvlük üçün namizədlərin qeydiyyatı başa çatıb.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 1-30 aprel tarixlərində vətəndaş cəmiyyəti institutları tərəfindən 16 nəfərin namizədliyi ilə bağlı müraciət daxil olub. Həmin müraciətlər “Azərsu” ASC yanında İctimai Şuranın Seçki Komissiyası tərəfindən yoxlanılıb. Təqdim olunan sənədlər qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olduğundan müraciət edən bütün namizədlər qeydiyyata alınıb. İctimai Şuraya üzvlüklə bağlı keçiriləcək seçkilərdə vətəndaş cəmiyyəti institutlarının aşağıda adları qeyd olunan namizədləri iştirak edəcək.
1. Mətanət Cəfərova - “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi
2. Elməddin Muradov - “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi
3. Eyyub Hüseynov - “Azad İstehlakçılar” İctimai Birliyi
4. Xədicə Mikayılova - Əlillər Cəmiyyəti İctimai Birliyi
5. Tələt Qəribov - “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
6. Rövşən Abbasov - “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi
7. Cavid Şahverdiyev - “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İctimai Birliyi
8. Rauf Zeyni - Milli QHT Forumu
9. Anar Nuriyev - “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi
10. Fikrət Yusifov - “Ekonomiks” Beynəlxalq İctimai Araşdırmalar İctimai Birliyi
11. Mirzə Məmməd Vəliyev - Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi
12. Aytən İmanova - Beynəlxalq Hidroloji Proqram İctimai Birliyi
13. Qayıbəyi Hacımətov - “SafSu Ekoloji Meliorativ Monitorinq Mərkəzi” İctimai Birliyi
14. Qorxmaz İbrahimli - “Biosfer” İctimai Birliyi
15. Ramil Osmanlı - Əmlak Ekspert Mərkəzi
16. Qəmzə Yusubova - “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi
İctimai Şuraya seçkilər mayın 25-də saat 10:00-da “Azərsu” ASC-nin inzibati binasında (Moskva prospekti 67) keçiriləcək.
Qeyd edək ki, “Azərsu” yanında İctimai Şura ASC sədrinin 2021-ci il 17 mart tarixli əmrinə əsasən yaradılır. İctimai Şura “Azərsu” ASC-nin fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum kimi fəaliyyət göstərəcək.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, “Azərsu” ASC yanında İctimai Şura üzvlərinin say həddi 11 nəfər müəyyən edilib.