REGİONLAR


“Azərsu”nun rəhbərliyi regionlarda vətəndaşları qəbul edəcək

Bakı, 11 oktyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov oktyabrın 18-də Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 21-də “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov Biləsuvar şəhərində Cəlilabad və Cəbrayıl rayonlarının sakinləri ilə görüşəcək. Oktyabrın 22-də isə ASC sədrinin müavini Etibar Məmmədov Masallı şəhərində Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edəcək.

Qəbullar Lənkəran və Masallı şəhərlərindəki Heydər Əliyev mərkəzlərində, həmçinin Biləsuvar sukanal sahəsinin inzibati binasında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Cəlilabad və Cəbrayıl sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və “[email protected]” elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.