İQTİSADİYYAT


“Azərsu”nun sədr müavini Göyçay şəhərində sakinlərlə görüşüb

Bakı, 18 mart, AZƏRTAC

Martın 17-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Köçərli Həsənov Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan sakinlərlə görüşüb.

“Azərsu”dan AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl ASC-nin sədr müavini Köçərli Həsənov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Göyçay şəhəri Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Göyçay və Ağdaş rayonlarından olan vətəndaşlar iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.