REGİONLAR


“Azərsu”nun sədrinin birinci müavini Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edib

Bakı, 27 yanvar, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov yanvarın 27-də Salyan şəhərində Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Salyan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Salyan və Neftçala rayonlarından olan 28 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.