İQTİSADİYYAT


“Azərtexnolayn” Özbəkistanda polietilen boru istehsalı zavodu tikməyi planlaşdırır

Daşkənd, 28 yanvar, АZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən “Azərtexnolayn” MMC Özbəkistanda polietilen boru istehsalı zavodu tikməyi nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bununla bağlı razılıq “Azertexnolayn” MMC-nin Polietilen Məmulatlar Zavodunun direktoru Məmmədcəfər Məmmədovla Özbəkistan xarici sərmayənin cəlb edilməsi Agentliyinin şöbə müdiri Bexzod Baxodirov arasında əldə edilib. Özbəkistan tərəfi zavodun Buxara, Səmərqənd və ya Daşkənd vilayətində tikilməsini təklif edib.

Görüşdə bir sıra texniki məsələlər, həmçinin gələcəkdə əlaqələrin daha da dərinləşdirilməsi müzakirə olunub.

M.Məmmədov bildirib ki, artıq “Azərtexnolayn” MMC-nin Özbəkistanda satış ofisi fəaliyyət göstərir. Şirkət polietilen boru istehsalı zavodu layihəsi çərçivəsində 300-400 min dollar ayırmaq niyyətindədir. Zavod hazır olduqdan sonra təxminən 40 iş yeri açılacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.