REGİONLAR


“Azərtütün ASK” MMC-nin emal məntəqələri indiyədək 2,4 min tondan çox yaş tütün qəbul edib

Zaqatala, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın şimal-qərb bölgəsi rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi davam edir. Bu günədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 2 min 473,5 ton yaşıl tütün kütləsi daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, tütün istehsalı və emalı məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 1028 ton 125 kiloqram, Balakən rayonu üzrə 707 ton 160 kiloqram, Zaqatala rayonu üzrə 438 ton 715 kiloqram, Qax rayonu üzrə isə 299 ton 545 kiloqram yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu rayonlardakı emal məntəqələrində 180 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, bu günədək emal məntəqələrində 182 ton 101 kiloqram quru tütün istehsal olunub.

Qurum rəsmisi bildirib ki, indiyədək emal məntəqəsinə bölgə üzrə hamıdan çox Balakəndən olan fermerlər Ruslan Məmmədov 82,8 ton, Ceyhun Mərdanov 63,1 ton və İmran Cumayev 58,2 ton yaşıl tütün kütləsi təhvil veriblər. Şəkidən Arzuman İbrahimxəlilov indiyədək məntəqəyə 50,4 ton, Qax rayonundan Namiq Fərhadov 44,9 ton, Zaqataladan Yunus Mustafayev isə 40,7 ton yaş tütün gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.